"İnanın mənə bu xəbəri görəndə nə qədər məyus oldum, onu bir Allah bilir.O boytda dahi, hörmətli sənətkarımıza bu formada, rəsmən işgəncəverirdi. Elə bil düşməndir, yerəyıxıb amansızca zərbələrendirirdi. Hələ qıraqdan baxan, biganə"insancıqlar"... Belə dəAllahdan, dindən, müsəlmançılıqdan danışırıq, baxın, o videoda harada gördünüz insanlığı?".
Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, bunu müğənni Xatun Əliyeva Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən yazıb. O, sənətçiyə qarşı edilən hərəkəti qınayıb:
3 il Ağadadaş müəllimin yanında çalışmışam. Ohər zaman ali cənab, yüksək mədəniyyətli, ağıllı, savadlı, insanlara ehtiyatla yanaşan, çox dəyərli, sevilən insan olub. 45 ilin sənətkarına bu rəvadır? Eləbil hamı onun məhvinə imza atıb.
Gələk indi o qafilə,amansız, vəhşi insana... Siz aydın aşkar görmürsünüzki, buhərəkətləri edən biri sənətkara qanına toxunan elə söz-ifadələr işlədib ki, Ağadadaş müəllim də ağrısına, acısına, xəstəliyinərəğmənbir kişi xeylağı olaraq aydınlaşdırmağa gəlib. Bu namərd dəeləbil gücünü sınıyır,rinqə çıxıb, erməni döyür. Kişini döyməyi bəs deyil, bir də gedib "işverənlik" dəedib, polisə ərizə yazır. Həm günahkar, həm güclü.
Bütün məşhurlara səslənirəm, heç nədənbaxın, belə bir hadisə baş verdi. Hər hansımıza bu hörmətsizlik oluna bilər. Ağadadaş müəllim elə-beləsənətkar deyil. Səhhətinə, xəstəliyinə, 45 illik sənətkarlığına acımıyanlar bizə nələr edərlər. Bu gün haqq səsimizi ucaltmalıyıq, unutmuyun ki, gözü dönmüş paxıl, tərbiyəsiz, gerizəkalı insan sən haqlı ikən haqsız duruma salıb bax belə ifşa edər!
Başqa millətlər itlərini övəndə, biz aslanımızı nə günə qoyduq. Ağadadaş müəllim, sizi çox sevirəm, siz mənim ən sevdiyim sənətkarsınız, dəyərlisiz, çox kədərliyəm, heç yerə-göyə sığmıram. Keçmiş olsun. Məşhurlar bir olaq, unutmayaq ki, hər yerdə kamera və namərdlər var".
Qeyd edək ki, məsələilə bağlı cinayət işi açılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

