Vahid Əhmədov: “Forum sübut etdi ki, dezinformasiyalar dövlətlərin yanlış siyasi qərarlar almasına səbəb olur”
“Azərbaycan mediası Vətən müharibəsinin od-alovundan çıxıb, möhkəmlənib və yeni müsbət məziyyətlər əldə edib”
Bu gün 22 iyul – Milli Mətbuat Günüdür.
Moderator.az olaraq millət vəkili Vahid Əhmədovla söhbətimizdə mediamızın milli maraqlarımızın müdafiəsindəki rolu, II Şuşa Qlobal Media Forumunun əhəmiyyəti və s. kimi məsələləri şərh etməyə çalışdıq:
-Vahid müəllim, bu gün 22 iyul-Milli Mətbuat Günüdür. Milli mətbuatımızın mövcud durumunu necə xaraklterizə edərdiniz? Sizcə çağdaş media milli maraqlarımızı lazımınca müdafiə edə bilirmi?
-Mən öncə Milli Mətbuat Günü ilə əlaqədar olaraq bütün jurnalistləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.
Mediamızın mövcud durumuna gəlincə, hesab edirəm ki, bu sahədə vəziyyət yetərincə qənaətbəxşdir. Azərbaycan Ordusu kimi Azərbaycan mətbuatı da 44 günlük Vətən müharibəsinin od-alovundan keçib, möhkəmlənib, yeni, daha güclü məziyyətlər əldə edib. Müharibə dönəmində biz jurnalistlərimizin həmrəyliyinin, fədakarlığının, mübarizliyinin şahidi olduq. Ermənistan və onun hinayədarlarının informasiya müstəvisindəki təxribatlarının qarşısının alınmasında, düşmən dezinformasiyalarının vaxtında ifşasında mediamız müstəsna rol oynadı. Jurnalistlərimiz müharibənin ən qızğın nöqtələrindən reportajlar hazırladı, erməni faşizminin vəhşiliklərini beynəlxalq aləmdə ifşa etdi.
Mediamız post-müharibə dönəmində də öz mübarizəsini davam etdirdi. Vətən müharibəsində əldə edilən qələbənin nəticələrinin qorunub saxlanılmasında və təbliğinda mediamız mühüm əmək sərf etdi. Bu baxımdan hesab edirəm ki, mediamızın peşəkarlığı lazımi səviyyədədir və bu məsələdə şikayətlənmək üçün heç bir əsas yoxdur.
-Şuşada keçirilən II Qlobal media Forumu bütün dünyanın diqqət mərkəzindədir. Sizcə bu Forumun Azərbaycan və qlobal miqyasda əhəmiyyəti nədən ibarətdir?
-II Şuşa Qlobal Media Forumu hər şeydən öncə ölkəmizin informasiya siyasətinə, mediaya verdiyi önəmi göstərir. Bu Forum göstərdi ki, Azərbaycan mediada obyektivliyə mühüm önəm verir, dezinformasiyalara qarşı mübarizəni son dərəcə vacib hesab edir. Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumundakı çıxışı bunu bir daha sübut edir. Xatıladım ki, dövlət başçısı mediada obyektivliyin önəminə diqqət çəkərək demişdir:
“Biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir”.
II Şuşa Qlobal Media Forumunun digər bir əhəmiyyəti dezinformasiyalara qarşı mübarizənin əhəmiyyətinin bütün dünyaya çatdırılmasıdır. Bu Forum və orada səslənən fikirlər göstərdi ki, dezinformasiya sadəcə ictimai rəyin aldaılması ilə yekunlaşmır, həm də dövlətlərin siyasi qərarlarına təsir göstərir, onların yanlış adddımlar atmasına, bəzi hallarda qurban əvəzinə təcavüzkarı dəstəkləməsinə səbəb olur.
Prezident İlham Əliyevin iyulun 20-da start götürən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusundakı II Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər bunu bir daha sübut edir:
“Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır”.
Göründüyü kimi, dezinformasiya bir çox hallarda qlobal miqyasda ciddi çaşqınlığa səbəb olur, dövlətlərin yanlış siyasi addımlar atması ilə nəticələnir. Bu baxımdan II Şuşa Qlobal Media Forumu sübut etdi ki, dezinformasiyalara qarşı mübarizə bir dövlətin deyil, bütün bəşəriyyətin, beynəlxalq birliyin işi olmalıdır.
-Sizcə hazırda mediamızın qarşısında duran əsas məsələlər nədən ibarətdir və II Şuşa Qlobal Media Forumu mediamızın gələcək inkişafına hansı aspektlərdən yön verəcək?
-Hazırda mediamızın əsas vəzifələrindən biri ölkəmizə qarşı davam edən informasiya müharibəsindəki sayıqlığını qoruyub saxlamaq, dezinormasiyalarla mübarizədə aktvliyi maksimum artırmaqdır. Xatırladım ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Şuşa Qlobal Media Forumunda çıxışında ölkəmizin üzləşdiyi dezinformasiyaların təhlükəli nəticələrinə diqqət çəkərək demişdir:
“Dezinformasiya yeni fenomen deyil. İnformasiya çox güclü vasitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib”.
Mediamızın qarşısında duran əsas məsələlərdən biri xalqımıza qarşı həyata keçirilən psixoloji müharibədə üstünlüyü qoruyub saxlamaq, Azərbaycan həqiqətləri haqqında beynəlxalq aləmə daha dolğun məlumat vermək və dezinformasiyaların mahiyyəti ilə yanaşı, onun mənbələrini ifşa etməkdir.
Hesab edirəm ki, II Şuşa Qlobal Media Forumu dezinformasiyalara qarşı mübarizədə yeni mərhələ olacaq və mediamızın fəaliyətinə ilk növbədə bu baxımdan ciddi yön verəcək. Bu Forumdan sonra mediamızın, xüsusilə də əcnəbidilli mediamızın aktivliyinin daha da artacağını, beynəlxalq media qurumlarının ölkəmizə daha çox maraq göstərəcəyini güman edirəm. Düşünürəm ki, bu Forum mədəniyyət paytaxtımız olan Şuşanın qədim tarixinin, zəngin mədəniyyətinin dünyaya tanıdılması baxımından da son dərəcədə faydalı oldu və biz bunun nəticələrini yaxın gələcəkdə hökmən görəcəyik.
Hər zaman mediaya açıq olan millət vəkili kimi juunalistlərimizi Milli Mətbuat Günü münasibətilə bir daha təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.