YapiKredi Müraciət Forması
Xarici siyasət

Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından DANIŞDI

Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından DANIŞDI

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qatılması son dərəcə anlamlı oldu.

Demokrat.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTC-dən dönüşdə təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, ŞKTC-nin beynəlxalq aləmdə məruz qaldığı haqsız təcridin aradan qaldırılması istiqamətində səyləri davam etdirirlər: "İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində ŞKTC-nin haq etdiyi yeri alması üçün gərəkəni edirik. Bu baxımdan Ersin Tatarın Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qatılması son dərəcə anlamlı oldu. İnşaallah, önümüzdəki dövrdə bunu yeni addımlar təqib edəcək. 1974-cü ildə Barış Hərəkatı ilə qurduğumuz, 1983-cü ildə ŞKTC elanıyla əldə etdiklərimizi bütün dünyada tanınan Kipr Türk Dövləti ilə taclandıracağıq”.

D
demokrat.az