Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı önəmli məqamlarda yadda qaldı. Azərbaycanın səkkiz ölkəyə təbii qaz ixrac etdiyini xatırladan ölkə başçısı qeyd etdi ki, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Prezident vurğuladı ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq: “Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”, - deyə Azərbaycan Prezidenti çıxışında bildirib.
Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban Demokrat.az-a açıqlamasında söylədi ki, Azərbaycan Prezidentinin bu dəfə açıqladığı rəqəmlər daha optimistdir:
“Əvvəlki proqnoz cari il üçün Avropaya 12 milyard kubmetr Azərbaycan qazının ixracını nəzərdə tuturdusa, indi həcmlərin 13 milyard kubmetrədək artırılacağı açıqlandı. Bundan əlavə Prezident Çexiya ilə enerji əməkdaşlığının uğurlarından danışarkən bildirdi ki, artıq Çexiya ətrafındakı ölkələr arasında Azərbaycandan qaz alanlar var, digər ölkələrə də qaz ixrac olunacaq. Çexiyaya qaz tədarükü ilə bağlı bu sahədə anlaşma əldə edilərsə, tədarükdə hansısa problemin yaranmayacağını düşünürəm. Xatırladım ki, Çexiya özünün 50% neft idxalını Azərbaycan hesabına həyata keçirir”.
Törə Zeynallı
Demokrat.az