Uşaq bağçasından qalmaqallı görüntülər: İşdən qovulan müəllimlər qəsdən çəkdi

DÜNYA 18 iyul 2024, 23:54
İstanbulun Sarıyer bölgəsində bir uşaq bağçasından yayılan dəhşətli görüntülər sosial mediada reaksiyalara səbəb olub. 

Demokrat.az
xəbər verir ki, Sarıyer Tarabyadakı Özəl Kemer Uşaq Bağçasında uşaqların baxımsız və pis şəraitdə bir otaqda tək qaldığı, üst-üstə yatdıqları və anbar ilə uşaqların yerləşdiyi otağın yan-yana olduğu görünüb.  

Bağçanın sahibi Yeşim Bilək sosial mediada yayılan görüntülərə cavab verərək, bağçaya 22 ildir rəhbərlik etdiyini və heç vaxt belə ittihamlara məruz qalmadığını bildirib. 

Bağça müdiri bu görüntülərin şəxsi səbəblərdən montaj edildiyini bildirərək özünü müdafiə edib. 

Onun sözlərinə görə, görüntülər bağçadakı işindən ayrılan bəzi müəllimlər tərəfində qəsdən çəkilib:

"Məktəbimizi tərk edən bir neçə müəllim nəyəsə əsəbiləşib və bu videoları yayıb. Mən ilahi ədalətə inanıram. Aşağıda əlavə tikinti sahəmiz, anbarımız var. Ora daxil olmaq qadağan olduğu halda bu videoları hazırlamaq üçün oraya giriblər”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top