Salyan rayonunda 1988-ci il təvəllüdlü Fərman qısqanclıq zəminində yaranan mübahisə zamanı Rənaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 12-də Salyan rayonunun kəndində baş verib. Fərman kənddə yerləşən fərdi yaşayış evində arvadı Rənanın özünə məxsus mobil telefonu ilə yazışdığını görüb və qısqanclıq zəminində aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Fərman qəsdən Rənanın sifət nahiyəsinə şillə ilə vurub, bədəninin müxtəlif yerlərindən dişləyib. Ona yüngül dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Rəna onun arvadıdır, birlikdə Salyan rayonunun kəndində yaşayırlar: “Biz 2009-cu ildə ailə həyatı qurmuşuq. Birgə nikahımızdan iki azyaşlı uşaqlarımız var. Əvvəllər münasibətlərimiz yaxşı olsada, sonradan aramızda bir neçə dəfə ailə-məişət yönümündə problemlər yaşanıb. Həmin problemlərə görə, əvvəllər dəfələrlə mübahisələrimiz olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Rənanı döydüyü üçün barəsində araşdırma aparılıb və 20 iyul 2022-ci ildə barəsində zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə xitam verilib: “12 fevral 2024-cü ildə işdən çıxaraq yaşadığım evə gəldim. Saat təxminən 21 radələrində yaşadığım ünvanda olarkən Rənanın telefonla yazışmasını gördüm. Onun yazışmasına görə telefonu əlindən aldım, qardaşının yanına aparmaq istədim. Rənanın başqa şəxslərlə telefonla danışmasını əvvəllər bilirdim. Bu səbəbdən də telefonu Rənadan alan zaman biz əlbəyaxa olduq. Rənanın bədəninin müxtəlif hissələrindən vurdum və dişləyərək ona xəsarətlər yetirdim”.
Fərman bildirib ki, həmin hadisəni törətməmişdən əvvəl tərkibində 8 faiz spirt olan enerji içkisi qəbul edib: “Bundan sonra hər ikimiz yaşadığımız evi tərk etdik. Rəna məndən Salyan Rayon Polis Şöbəsinə şikayət ərizəsi verdi. Mən isə özüm Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək arvadım Rənanın bir neçə nəfərlə mobil telefon vasitəsilə münasibətdə olmasını bildirdim. Hadisə bizim yaşadığımiz evdə yataq otağında baş verib. Uşaqlarımız həmin zaman qonaq otağında televizora baxıblar, hadisəni görməyiblər”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rənanın sözlərinə görə, əri Fərman ilə evli olduğu müddətdə münasibətləri normal olub: “Aramızda heç bir düşmənçilik və ədavət olmayıb. Hadisədən təxminən 20 gün əvvəl Fərmanla münasibətlərimiz soyuyub. Buna səbəb isə Fərmanın mütəmadi olaraq yaşadığımız evdə spirtli içki qəbul edərək, dava salması olub”.
Zərərçəkmiş qeyd edib ki, fevralın 12-də, saat təxminən 21 radələrində Fərmana bank kreditini ödəmək lazım olduğunu bildirib: “Buna narazılığını bildirərək, üstümə hücum çəkdi. Mənim bədənimin müxtəlif yerlərinə vurmağa başladı və bədənimin müxtəlif yerlərindən dişlədi. Mən ərim Fərmanın barəsində tədbir görülməsi üçün Salyan Rayon Polis Şöbəsinə müraciət etdim”.
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərman 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Salyan rayonunun kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az