Bu günlərdə bir qrup şəxs saytlarının bloklanmasını səbəb gətirərək, hay-küy salıb. “Müstəqil media” olduqlarını, ölkədə “azad sözə hücum edildiyini” iddia edirlər. Onlar dövləti aksiya keçirəcəkləri ilə şantaj edirlər. Az qala “dünya birliyinə” müraciət edəcəklər. Ki, “müstəqil media”nın fəaliyyətinə əngəl törədilir…
Bəs, hansı “mediadan” bəhs edirlər?
Doğrudan, ortada media adına nələrsə varmı?
Vaxtilə onlayn medianın nəzarətsiz qalması “reket jurnalistlərin” bura axınına şərait yaratmışdı. Əlinə telefon alan özünü “jurnalist” adlandırır, sayt açır, qapı-qapı düşüb pul toplayırlar. “Media haqqında” qanunun qəbulu və Media Reyestrinin yaradılmasından sonra “reket jurnalistlərin” fəaliyyəti ciddi şəkildə məhdudlaşdı. Çünki onlayn medianın fəaliyyəti də qanunla tənzimləndi və media subyekti kimi fəaliyyət göstərməyin şərtləri müəyyənləşdi. Media subyekti redaksiyaya, redaksiya heyətinə, hüquqi ünvana malik olmalı, xəbər siyasətində peşəkarlığa üstünlük verməlidir. Əks təqdirdə, onların fəaliyyəti qanunla məhdudlaşır. Bu, mediamızın “reket”lərdən təmizlənməsi üçün ən unikal şərtlərdir. Çünki jurnalistikaya aidiyyəti olmayan, peşəkarlıqdan xəbərsiz kəslərin media adına iddia etməsi və “jurnalist” adı altında şantajla məşğul olması hər şeydən öncə peşəkar medianın adına ləkədir. Medianın fəaliyyətini təmzimləyən qanun mediamızın alnını bu ləkədən təmizləyir.
Etiraz edənlər də məhz “reket jurnalistlər”dir. Çünki media subyekti ola bilmirlər, media adına heç bir kriteriyaya cavab vermirlər, buna görə qanunu da, dövləti də şantaj edirlər. Bir cümlədə beş səhv buraxanlar “peşəkarlıqdan” dəm vurur, qanun pozuntusunu da “müstəqil mediaya” basqı adı altında ört-basdır etməyə çalışırlar.
Amma onların bütün bu etirazları, şantajları baş tutmayacaq. Çünki artıq qanun var, qayda var. “Reket jurnalistlərə” mediamızda yer yoxdur. Nə qədər müqavimət göstərsələr də, nəticə əldə edə bilməyəcəklər.
Əgər özlərini peşəkar hesab edirlərsə, o zaman qanunun tələblərinə əməl etməli, Media Reyestrindən keçmək üçün tələb olunan şərtlərə uyğunlaşmalıdırlar. Əks təqdirdə, fəaliyyətlərinin dayanması həm mediamızın peşəkarlığı üçün zəruridir, həm də qanuna əməl edilməsi üçün!
Vaqif Hüseynli
Demokrat.az