Ermənistan London görüşündən niyə imtina etdi?

GÜNDƏM 18 iyul 2024, 19:30
Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Azərbaycan və Ermənistan arasında baş tutacaq görüşdən Ermənistan tərəfi imtina edib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib. O bildirib ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi.

Bəs, Ermənistan bu görüşdə niyə imtina etdi? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, indi imtina etsələr də, digər görüşlərə qatılmaq məcburiyyətində qalacaqlar. 

Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan konstitusiya dəyişiminə hələ hazır olmadığına görə, görüşdən imtina etdi:

“Dialoq müxtəlif formatlarda davam edəcək. Azərbaycanın əsas tələbi bəllidir. Ermənistan konstitusiyasında dəyişiklik edərək, Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən bəndləri oradan çıxarmalıdır. Bu məsələdə beynəlxalq hüquq bizim tərəfimizdədir. Digər dövlətlər də tələbimizə haqq verir. Ola bilməz ki, bir dövlət o biri dövlət ilə sülh damışıqları aparsın, amma əsas qanununda həmin dövlətə qarşı ərazi iddiaları olsun. Ola bilsin, bu məsələnin müzakirə ediləcəyini əvvəlcədən bildiklərinə və hələ qərar vermədiklərinə görə, London görüşündən imtina etdilər. Biz isə görüşlərə hər zaman hazırıq. Amma indi imtina etsələr də, o biri görüşlərə qatılmaq məcburiyyətində qalacaqlar. Sərhəd görüşləri də davam edir. Bütün hallarda Ermənistan konstitusiyasına müvafiq dəyişikliklər edilməyincə, danışıqlar nəticə verməyəcək və sülh də olmayacaq”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top