Şəmkir rayonunda 1990-cı il təvəllüdlü Rahib ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Şahnaza (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Qədimqala kəndində baş verib. Rahib yaşadıqları evdə Şahnaz ilə uşaqlara dərsi düzgün yazdırmadığına görə mübahisə baş verib.
Mübahisə zamanı Rahib əlləri ilə Şahnazı vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Şahnaz onun həyat yoldaşıdır, onlar 8 ildir ki evlidir, birgə nikahdan 3 uşaqları var: “Hazırda aramızda normal münasibətlərimiz yoxdur. Bir müddətdir ki, həyat yoldaşımın psixi xəstəliklər vardır. Buna görə də aramızda narazılıq yaranıb. Hadisə günü yaşadığım evə gələn zaman uşaqların dərs oxumağı ilə maraqlanarkən dərsi düzgün yazmadıqlarını bildim. Buna görə də həyat yoldaşım ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruqla onun sol göz nahiyyəsindən vurdum”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rahib 7 ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulub.
Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri qоyulub.
Fariz Məlikli
Demokrat.az