Futbolu tərk edən ulduz "Barselona"nın məşqçisi oldu

İDMAN 17 iyul 2024, 23:26
Sonuncu dəfə İngiltərə Premyer Liqa komandası "Liverpul"da çıxış edən və bu yaxınlarda 33 yaşında sürpriz bir qərarla futboldan ayrılan futbolçu Tiaqo Alkantara məşq etdiyi "Barselona"nın texniki komandasına qoşulub.

Demokrat.az xəbər verir ki, Tiaqo yay boyu komanda ilə birlikdə hərəkət edəcək.

"Barselona"dan verilən açıqlamada Tiaqonun Hansi Flikin komandasında olacağı və ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında komanda ilə birlikdə səfər edəcəyi bildirilib. 

Tiaqo Flick ilə Bayern Münhendə çalışıb. O, 3 kubok qazanıb.
 
Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top