İstirahət mərkəzlərində qiymətlər "əl yandırır" — AÇIQLAMA

GÜNDƏM 16 iyul 2024, 16:37
İsti yay günlərində insanlar istirahət etmək üçün müxtəlif bölgələrə üz tuturlar. Amma son zamanlar bölgələrimizdə istirahət edənlərin sayında azlıq müşahidə olunur. İnsanlar daha çox xaricdə dincəlməyə üstünlük verir. Əksəriyyət səbəb kimi ölkədaxili istirahət qiymətlərinin baha olmasını göstərir.

 Buna səbəb nədir?


Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən turizm eksperti Kənan Hənifəyev  bildirib ki, hazırda regionlarımızda istirahət öz axarı ilə davam edir:

“Yay mövsümü ilə bağlı regionlarımızda fəaliyyət göstərən iaşə və xidmət obyektləri demək olar ki, 75-85% doluluqla müşahidə edilir. Həftəsonu hotellər tam dolu olur və yerli turistlərin axını regiona mütəmadidir”.

Ekspert istrahət üçün nəzərdə tutulan obyektlərin qiymətləri məsələsinə də aydınlıq gətirib:

“Qiymətlərə gəlincə, müxtəlif xidmət və seqmentlərə görə qiymətlər dəyişir. Məsələn istirahət üçün minimal 70 AZN-dən başlayan qiymətdən, 1500 AZN-ə kimi dəyişən qiymətlər hazırda qonaq qəbulunda görmək olar.

Buna baxmayaraq,  yüksək qiymətləri nəzərə alan turist qrupu da var ki, o vəsaitin üzərinə əlavə edərək istirahətini, tətilini xarici ölkədə keçirdə bilər. Yay mövsümdə hazırda xarici səyahətlər arasında ən uyğun münasibi Misirdə Şarm ər Şeyx və Türkiyədə İstanbul şəhərləridir.  Avropada isə Monteneqro üzrə səfərlər aktivləşib”.

Şahanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top