Oğuzun yeni icra başçısı kimdir? — DOSYE

DAXİLİ SİYASƏT 16 iyul 2024, 15:38
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Demokrat.az xəbər verir ki, Cavid Əbdul-Qədirov bu təyinata kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.  

Yeni icra başçısı 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi olub.

O, 2020-2021-ci illərdə nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Cavid Əbdul-Qədirov ingilis, rus dillərini sərbəst bilir.

Ailəlidir, iki övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top