İyulun 14-də Azərbaycanın Milli qəhrəmanları - general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının dördüncü ildönümü ilə əlaqədar İkinci Fəxri xiyabanda məzarları ziyarət olunub.
Demokrat.az xəbər verir ki, ziyarət zamanı Tovuz döyüşlərinin Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olduğu, həmçinin Azərbaycan Ordusunun düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmədiyini bir daha göstərdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Tovuz döyüşlərində Ordumuzun əsgər və yüksək rütbəli zabitləri qəhrəmanlıq, igidlik nümunələri göstərib, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə alıblar.
Təəssüf ki, həmin döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi mərd, vətənsevər oğullar şəhidlik zirvəsinə ucalıblar.
Lakin onların qanları yerdə qalmayıb, qisasları alınıb. Həmin qəhrəmanların izi ilə gedən gənclər 44 gün ərzində dünya hərb tarixində indiyə qədər qeydə alınmayan salnamələr yazıb, ərazi bütövlüyümüzü bərpa ediblər. Ötən il konstitusiya quruluşumuzun bərpa edilməsindən sonra isə bu şərəfli missiyanın uğurla sona yetdiyi vurğulanıb. Qeyd olunub ki, bu gün xalqımız öz Milli qəhrəmanlarının xatirələrini alnıaçıq şəkildə anır, onlara minnətdarlıqlarını ifadə edirlər.
General-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova Milli Qəhrəmanın Azərbaycan Ordusunda və xalqımız qarşısında 25 illik xidməti ilə qəhrəmanlıq, Zəfər simvoluna çevrildiyini bildirərək deyib:
“Əslində, o, sağlığında qəhrəmanlıq məktəbi yaratmışdı. Bu, Polad Həşimov məktəbi idi. Həmin məktəbin yetirmələri öz komandirlərindən aldıqları qəhrəmanlıq nümunələrini 44 günlük Vətən müharibəsində döyüş meydanında göstərdikləri misilsiz şücaətlərlə nümayiş etdirdilər və işğal altındakı torpaqlarımızı əsarətdən xilas etdilər. Beləliklə, Polad Həşimov Azərbaycan xalqının qəlbinə əbədi həkk olundu. Xalqı üçün yaşayıb onun üçün canını qurban verən qəhrəmanın xatirəsini qədirbilən xalqımız ən gözəl şəkildə yaşadır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canını fəda edən hər bir şəhidimizi ehtiramla anır, qazilərimizə can sağlığı diləyirəm”.
Ehtiyatda olan polkovnik-leytenant İlkin Mövsümlü isə Polad Həşimov və İlqar Mirzəyev ilə bağlı xatirələrini bölüşüb. O bildirib:
“Polad Həşimovla 1992-ci ildən tanış idim. Keçmiş Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində bir yerdə təhsil almışdıq. Biz bir tağım, bir manqada xidmət edirdik. 1995-ci ildən sonra xidmətlərimizi ayrı-ayrı hərbi hissələrdə davam etdirdik. Ondan sonra 2004-cü ildə yenidən bir araya gəldik və Qusarda xidmət etdik. Polad kursant olduğu dövrdən xidmətinin son anına qədər öz nizam-intizamı, biliyi, xarakteri ilə seçilirdi.
İlqar Mirzəyev isə bizim kurs yoldaşımız idi, lakin ixtisaslarımız fərqli idi. Biz piyada idik, İlqar isə artilleriyaçı. Xidmətdə zabit kimi qarşılaşmasaq da, əlaqələrimiz var idi. Polad Həşimov da, İlqar Mirzəyev də düşmənlə üzbəüz, ön xəttə olan postda xidmət edirdilər. Onlar o qədər vətənpərvər zabitlər idilər ki, geridə deyil, düşmənin bir addımlığında xidmət etməyi özlərinə rəva bilirdilər. Hər ikisi səngər zabiti idi. Biz onlarla hər zaman fəxr edəcəyik. Şəhidlər unudulanda ölürlər. Polad, İlqar kimi oğullar elə iz buraxıblar ki, onlar heç zaman unudulmayacaqlar.
Mən 2010-cu ildən ordu sıralarından tərxis olunmuşdum. Polad Həşimovun və İlqar Mirzəyevin şəhidliyi hamımızı silkələdi. Biz son döyüşün başlamasını gözləyirdik. 2020-ci il sentyabrın 27-də düşmənin təxribatlarına qarşılıq olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Mən də sentyabr 29-da könüllü olaraq döyüşlərə qatıldım və Suqovuşan istiqamətində döyüşdüm. Qürur hissi ilə deyirəm ki, bütün şəhidlərin, o cümlədən Polad Həşimovun da, İlqar Mirzəyevin də qisası alındı".
Xatırladaq ki, ziyarət zamanı, həmçinin Yevlax rayon Vasif Mövsümov adına Gülövşə kənd orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.