Krasnoyarsk vilayətinin nümayəndə heyəti ilə görüş keçirildi — FOTOLAR

TURİZM 13 iyul 2024, 11:36
İyulun 11-də New Baku mehmanxanasında Rusiyanın Federasiyasının Krasnoyarsk vilayətinin nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş komissiyası”nın və eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm təynatlı qeyri-hökümət təşkilatlarının üzvləri ilə ikitərəfli  işgüzar görüş baş tutub.

Demokrat.az-ın məlumatına görə, görüşdə Krasnoyarsk vilayətinin turizm  investisiya imkanları barədə təqdimatlar dinlənilib və birgə əməkdaşlıq üçün real layihələr ətrafında müzakirələr aparılıb.

Qarılıqlı olaraq, Azərbaycan tərəfi ölkədə turizmin inkişafının cari vəziyyəti və prespektivlər haqqında məlumat verib. Eləcə də Qarabağ və Şərqi Zəngəzurda mövcud olan turizm potensialı, dövlət təşviqləri və investialar haqqında fikir mübadiləsi həyata keçirilib

Sonda qarşılıqlı infotur proqramlarının təşkil olunması və hər iki ölkədə nəzərdə tutulan tematik sərgi və konfranslarda iştirakla bağlı ilkin razılıq əldə olunub.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top