Bakıda müştəri kababçını öldürdü

KRİMİNAL 11 iyul 2024, 14:23
Bakının Nizami rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Vüqar Quliyevin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası iyulun 24-ə təyin olunub. 

Qeyd edək ki, aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış istintaqla 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Anar Quliyev Keşlə qəsəbəsində olan kafedə kababçı işləyib. Kafeyə gələn müştəri kabab alarkən ona irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə tərəflər rastlaşıblar və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş verib.

Hadisəni törədən Rəhman Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top