Elektrik dirəklərini oğurlayan şəxs saxlanıldı — FOTO

HADİSƏ 11 iyl 2024, 09:20
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrik dirəyini oğurlayan Dilqəm Yusifov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə onun bir müddət əvvəl rayon ərazisindən QSC-yə məxsus daha 3 elektrik dirəyini oğurladığı və bununla da quruma 18000 manatdan artıq maddi ziyan vurduğu məlum olub.

D.Yusifov oğurladığı elektrik dirəklərini əlvan metalların qəbulu məntəqəsinə satıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top