Yasamalda gecə ilə obyektləri sökdülər: "1 saat vaxt vermədilər ki, malımızı çıxaraq" — VİDEO

HADİSƏ 11 iyul 2024, 08:09
Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 16 ünvanında uzun müddətdir fəaliyyət göstərən obyektləri söküblər.

30 ildən çoxdur burada çalışan sahibkarların sözlərinə görə, onlara heç bir xəbərdarlıq olunmadan söküntü işlərinə başlayıblar və malları dağıntılar altında qalıb.

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, həmin ərazi yataqxananın ərazisidir. Gələcəkdə təmir olunaraq istifadəyə veriləcək. Obyekt sahiblərinə isə aylardır xəbərdarlıq olunub və bəziləri məhkəməyə verilib.

Ətraflı Baku TV-nin süjetində:
 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top