Ukrayna bu vəziyyətdə NATO-ya üzv ola bilməz

XARİCİ SİYASƏT 10 iyul 2024, 11:26
Ukrayna Rusiya Federasiyası ilə münaqişə vəziyyətində olduğu müddətdə NATO-ya üzv ola bilməyəcək. 

Demokrat.az
TASS-a istinadən xəbər verir ki, bu fikri Polşa prezidenti Anjey Duda “The Washington Times” qəzetinə müsahibəsində deyib.

Qəzetin yazdığına görə, ABŞ prezidenti Co Bayden də daxil olmaqla, NATO-nun digər üzvlərinin liderləri Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanın Şimali Atlantika Alyansına qəbulu üçün konkret tarixlər barədə razılaşmaq niyyətində deyillər.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Ukrayna  NATO-ya üzv olmaq üçün müraciət edib. 11 iyul 2023-cü ildə NATO Vilnüsdə keçirilən sammitin yekun bəyanatını qəbul edib və orada ölkənin gələcəyinin alyansda olduğuna əminliyini ifadə edib.

Ancaq qəbulun ehtimal olunan vaxtı açıqlanmayıb. Təşkilat dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişə vəziyyətində olarkən NATO-ya üzv olmaq mümkün deyil.

Şahanə XANKİŞİYEVA
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top