AVRO-2024-ün ilk FİNALÇISI

İDMAN 10 iyul 2024, 08:09
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.

Demokrat.az xəbər verir ki, qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal "status-kvo"nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top