Bu gün Prezident İlham Əliyev ölkədə Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması ilə bağlı Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edir.
Bəs, Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) funksiyaları və üstünlükləri nələrdir?
Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, Elektron Rəqabət İnformasiya Sistemi istehlakçıların şikayətlərinin səliqəli və rahat formada elektronlaşmasını təmin edəcək informasiya sistemi olacaq.
Elvin Abbasov qeyd edib ki, ERİS ilə həm daha tərəqqi etmiş bir informasiya sisteminə sahib olacağıq, həm də vaxtımıza qənaət edəcəyik:
“ERİS çox arzuolanan bir sistemdir. Burada bir çox qurumların bir-biri ilə inteqrasiyalı olduğu bir sistemdən söhbət gedir. Misal üçün, bir çox subyektlərin müraciətləri və onlardan istənilən sənədlər bu informasiya sistemində digər qurumlardan elektron formada alınaraq öz əksini tapacaq. Bu o deməkdir ki, hər hansı bir vətəndaş fəaliyyəti, istehlak etdiyi mal, göstərdiyi xidmət barəsində şikayətini etdikdə həmin bu şikayət elektron kargüzarlıq və dərkənarlarla, aidiyyatı nəzarət mexanizmi ilə artıq öz həllini elektron müstəvidə tapacaq. Şikayətlərin hansı müstəvidə cavablanması, o şikayətin öz həllini tapıb-tapmaması və s. hesabatlar bu informasiya sistemində arxivlənəcək.
Qurumlar, biznes subyektləri antiinhisardan əldə etmək istədikləri hər hansı bir sənəd olarsa, həmçinin, biznes subyektinə aid məlumatların ola bilsin ki, vergi xidməti ilə və ya digər xidmətlərlə bağlı olan məlumatlar inteqrasya ilə həmin bu sistemdə öz əksini tapacaq. Əslində, tələb olunan sənədlərin toplanılması çox böyük bir vaxt aparır. İndi isə bu informasiya sistemində qeyd olunur ki, istənilən sənədlər, yəni kargüzarlığa aid, həmin biznes subyektinə aid arayışlar aidiyyatı qurumlardan inteqrasiya vasitəsilə bu portalda yer alacaq. Yəni şirkətdən vergi haqqında və ya əmlak haqqında arayış istənilsə, sistem avtomatik olaraq gedib verginin, Daxili İşlər Nazirliyinin və ya digər sistemlərdən lazımi məlumatları topluyub gətirib Elektron Rəqabət İnformasiya Sistemində əks etdirəcək. Nəticə etibari ilə Elektron Rəqabat İnformasiya Sistemi həm istehlakçıların şikayətlərini, həm də biznes subyektlərinin işini rahatlaşdıracaq, əlavə sənəd toplamaqdan onları azad edəcək.
Əfsanə Rəcəb
Demokrat.az