"Makrona etimad çox aşağı səviyyədədir"

SİYASƏT 09 iyul 2024, 17:20
Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb.

Bu barədə “Le Monde” qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən bildirib.

Bəs, Fransanın bundan sonrakı siyasəti hansı yöndə dəyişəcək?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib. 


İ.Hüseynov bildirib ki, Avropa Parlamentində keçirilən seçkilərdə sağçıların qələbə qazanması Fransa prezidenti Emanuel Makronu parlamenti buraxmağa məcbur etdi:

“Və güman edildi ki, onun yanaşmalarına, həyata keçirdiyi fəaliyyətə, yürütdüyü siyasətə dəstək həyata keçiriləcəkdir. Lakin gözlənilən baş vermədi. Şübhəsiz ki, burada Makron administrasiyasının yarıtmaz daxili və xarici siyasəti də “müstəsna” rol oynadı.  Nəticədə, növbədənkənar keçirilən seçkilərdə solçular və sağçılar önəmli irəliləyiş nümayiş etdirdilər. Ancaq ümumi mənzərəyə baxanda görürük ki, mütləq çoxluq formalaşmayıb və bu da onu göstərir ki, Makron bu parlamenti də müəyyən dövrdən sonra buraxa bilər. göstərməkdədir. Eyni zamanda, Fransa Cənubi Qafqazadakı məsələlərə müdaxilə edir. Ermənistanı silahlandırır, regionda daima gərginlik axtarışındadır.

Düşünürəm ki, daha çox daxili siyasətə köklənsə daha yaxşı olar. Çünki seçki sonrası narazılıqlar, nümaişlər pik həddə çatıb. Əslində, bu Makron üçün adi bir haldır. Sarı jiletlər üsyanı, Həmkarlar İttifaqları əməkdaşlarının nümayişləri, fermerlərin etirazları Makron adminstrasiyasına qarşı olan hərəkatı ifadə edir. Olanlar onu deməyə əsas verir ki, Makronun siyasi fəaliyyəti fiaskoya uğrayıb. Onun nəticələri özünü seçkilərdə də göstərməkdədir.”

Şahanə XANKİŞİYEVA
Demokrat.az

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top