Bakı Türk Liseyinin məzunu dünya birincisi oldu

SOSİAL 09 iyul 2024, 12:00
Bu il Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinfini bitirən Zeynəb Nuruzadə dünya birincisi olub.

Bu barədə Modern.az-a Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu məlumat verib.

Belə ki, 18 may 2024-cü il tarixində keçirilən dünya üzrə 21734 nəfər şagirdin iştirak etdiyi 2024 TR - YÖS/1 imtahanında Zeynəb Nuruzadə də iştirak edib. Azərbaycanlı qız həmin imtahanlarda dünya üzrə yeganə tam 500 bal toplayaraq birinci olub. İmtahanların nəticəsi bu günlərdə açıqlanıb.

Direktor yüksək bilik nümayiş etdirən məzuna və onu imtahanlara hazırlaşdıran lisey müəllimlərinə təşəkkür edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top