Mikayıl Cabbarov güləşçilərimizi təbrik etdi

İDMAN 08 iyul 2024, 09:21
İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Serbiyada keçirilən U-20 Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc idmançıları təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

"Serbiyada keçirilən U-20 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış ediblər.

- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.
- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda hesabında 3-cü yeri tutub.
- Qadın güləşi üzrə millimiz isə 1 qızıl medal qazanıb.

Avropa çempionatında medal qazanan bütün idmançılarımızı və məşqçilərimizi təbrik edirik. İnanıram ki, bu qələbələr daha böyük nailiyyətlərə yol açacaq", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
06 oktyabr 2024, 09:30
Top