Göyçayda yeniyetmə bıçaqlandı

KRİMİNAL 07 iyul 2024, 20:00

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az APA -ya istinadən xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlü Nihat Yavər oğlu Cəfərov bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilə olunan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top