Özbəkistan Prezidenti Azərbaycana yola düşüb

XARİCİ SİYASƏT 05 iyl 2024, 14:49
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə yola düşüb.

Demokrat.az bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər çərçivəsində dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) iyulun 5-6-da Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, “Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda keçiriləcək sammitin gündəliyinə ticari-iqtisadi, nəqliyyat-kommunikasiya və investisiya-maliyyə sahələrində, həmçinin "yaşıl iqtisadiyyat”, bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və insan kapitalının inkişafı sahələrində regional əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri daxil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top