"Kontakt"ın "Super günləri"ndə 70%-dək endirim olacaq — YALNIZ 3 GÜN

SAHİBKARLIQ 05 iyul 2024, 12:31
"Kontakt" mağazalar şəbəkəsinin böyük tələb görən "Super günlər" kampaniyası isti yay günlərində yenidən cibinizi sərinlətməyə gəlir! Şəbəkənin bu gündən başlayan kampaniyasında ən kiçikdən ən böyük avadanlığa qədər hər növ məhsula 70%-dək endirimlər var.

Kampaniya müddətində həm də istədiyiniz məhsulun nağd alış - endirimli qiymətini 6 aya bölüb, ödənişini isə hissə-hissə edə bilirsiniz.

İyulun "Super günləri"ndə sizə nələr, hansı qiymətə təklif olunur?

- 230 manat endirimlə smartfon: Zamanın hamı üçün dəyərli olduğu bu dövrdə hələ də zəif işləyən smartfonunuza baxa-baxa qalmısınız ki, yüksəkparametrli modellər bahadır? 230 manat endirimlə 550 manata 256Gb daxili yaddaş, 8Gb operativ yaddaş, "Amoled" ekran, 5G şəbəkə və daha çox müasir funksiyalar hamısı bir modeldə - "Poco X6" smartfonunda

- "Toshiba" televizoruna 510 manat endirim: Yorğun iş günündən sonra ailəvi film izləmək yaxşı bir istirahət fikri ola bilər. Qonaq otağınızı şəxsi kinoteatra çevirmək üçün sizə, sadəcə, 850 manat lazımdır, geri qalan işləri isə "Toshiba" televizoru öz üzərinə götürür. Çünki 50 düymlük böyük ekranı, heyrətamiz 4K görüntüsü və smart texnologiyası ilə "Toshiba" televizoru bu işdə əsl sənətkardır.

- 450 manat endirimlə "Samsung" paltaryuyanı: Hələ də "paltar yumaq" sözü yaddaşınızda əziyyətli bir iş kimi qalıbsa, "Samsung" paltaryuyanının rahatlığı ilə tanış olmaq vaxtıdır. 6 kq-lıq "Samsung" paltaryuyanı qənaətcil yuma prinsipi və uşaq kilidi xüsusiyyəti ilə həm büdcənizi, həm də övladınızı qoruyur. Paltaryuyana "Smart Check" funksiyası ilə telefonda nəzarət etmək də mümkündür. Siz də sadəcə, 550 manat ödəməklə bu funksionallıq və rahatlığı evinizdə yaşaya bilərsiniz.

- 70% endirimli "Ardesto" elektrik çaydanı: Ən şirin söhbətlər çay süfrəsində olur. Amma bu söhbətlər ocaq başında suyun qaynamağını gözləməklə, tez-tez çayları yeniləməklə yarıda qala bilir. Siz xoş anlardan geri qalmayın, tam 70% endirimlə 15 manata "Ardesto" elektrik çaydanını alın. 2,2 litr geniş tutuma və 1500 Vt gücə malik bu çaydan ilə dəqiqələr içində həm isti içkiniz olacaq, həm də siz masa başından ayrılmayacaqsınız.

- "Schafer" yemək dəsti - 50% endirimdə: Sevilən qonaqlıqlardan sonra danışılan iki məqam olur: yeməklər və qab-qacaq. Dadı damaqda qalan təamlarınız kimi, yemək dəstiniz də ağıllarda qalmalıdır. "Schafer"in 12 nəfərlik 60 parçadan ibarət yemək dəsti farfor materialı və incə naxışları ilə bir görənin bir də ağlından çıxmayacaq. Tam 50% endirimlə 600 manata olan bu dəsti alıb illərin sınağından keçirməyə dəyər.

Bu fürsətlər saymaqla bitməz, "Super günlər" isə iyulun 7-si bitir… Odur ki, bu yayın ən sərfəli təkliflərini öz gözlərinizlə görmək üçün 30 000-dən çox məhsul çeşidi olan "Kontakt" mağazalarına və ya kontakt.az saytına tələsməyiniz məsləhətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top