İmişli şəhər tullantı poliqonunun yerləşdiyi ərazidə tullantıların yandırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Demokrat.az-a verilən məlumata görə, araşdırma nəticəsində İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması, poliqon ərazisinin hasarlanmaması, tullantılarla bağlı istehsalat tələblərinin pozulması faktları aşkar edildiyinə görə İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib olunub.
Eyni zamanda, İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə “Ekoloji Tələb” verilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təkrar iyulun 4-də İmişli şəhər tullantı poliqonuna baxış keçirilib, yanma və tüstülənmə hallarına rast gəlinməyib.