Ölkənin ən gənc magistrantı 19 yaşındadır

SOSİAL 03 iyl 2024, 09:11
Bu gün magistraturaya qəbul imtahanının nəticələri elan olunub.

Demokrat.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsində məlumat verilib.

Bildirilib ki, ölkənin ən gənc magistrantı adını 19 yaşlı Əbülfəz Əzizoğlu qazanıb.

O, Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 660 bakalavrdan 13 484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyl 2024, 15:11
Top