Muxtar Babayev Konqo Prezidenti ilə görüşdü

XARİCİ SİYASƏT 05 iyl 2024, 15:32
COP29-un prezidenti Muxtar Babayev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diplomat vurğulayıb ki, görüş Brazzavildə meşələrin salınması və bərpası üzrə birinci beynəlxalq konfrans çərçivəsində baş tutub.

“İqlim dəyişikliyi ilə mübarizə ölkələrimizin ikitərəfli tərəfdaşlığının prioritet istiqamətlərindən biridir”, - paylaşımda qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top