“Bu o deməkdir ki, diplomları tanımırıq, bir halda ki, heç nə öyrətməmisən... ” — Həkimlər də imtahan verəcəklər

GÜNDƏM 08 iyul 2024, 14:27
Həkimlər işə qəbul olmaq üçün imtahan verəcəklər. 

Demokrat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bu barədə “Bizim.Media”-nın sorğusunu cavablandırıb.  Bildirilib ki, artıq aidiyyəti qurumlar tərəfindən layihə hazırlanıb: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tapşırılıb.

Aiddiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə göndərilib. Layihə ilə bağlı Mərkəzin rəy və təklifləri həmin orqanlara təqdim edilib”, - deyə qurum rəsmisi qeyd edib.   

Tanınmış ictimai xadim, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun məsələyə münasibətini öyrəndik. O, Demokrat.az-a açıqlamasında işə qəbul olmaq üçün həkimlərin də imtahan verməli olduğunu söylədi:

“Bu o deməkdir ki, diplomları tanımırıq. İxtisaslı həkim kimi yetişmək üçün universitetin bakalavr pilləsini bitirmək kifayət etmir. Bakalavr təhsili ancaq təməl biliklər qazandırır. Türklər “uzman” deyir – bu səviyyəyə çatmaq üçün bəli, imtahan verilməlidir. Türkiyədə də belədir, gərək, neçə il işləyəsən ki, sənə sertifikat versinlər. Tibbin elə sahələri var ki, gərək, illərlə oxuyasan, işləyəsən ki, onun dərinliklərinə bələd olasan, peşəkarlaşasan. Təkcə universitet bitirənlər sahə həkimi ola bilər, poliklinikada işləyə bilər ancaq. Həkim olmaq üçün nəinki imtahan vermək, ömür boyu oxumaq laızmdır. Həm oxumaq, həm də işləmək paralel olaraq. Yoxsa ki, hər 3-5 ildən bir imtahan vermək – nəyi imtahan edirsən? Bir halda ki, heç nə öyrətməmisən, heç yana göndərməmisən... Özəl xəstəxanalara o adamı götürürlər ki, onun xəstəsi var. Deməli, savadı var ki, xəstəsi var”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
06 oktyabr 2024, 09:30
Top