Oxu.Az 11 yaşında!

MEDİA 01 iyl 2024, 10:04
Bu gün Oxu.Az xəbər saytı 11 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.

Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir.

Fasiləsiz işləyən saytda onlarla işçi çalışır. Sayt hər gün yüzlərlə xəbəri iki dildə - Azərbaycan və rus dillərində dərc edir. Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.

Ötən illər ərzində Oxu.Az Azərbaycanda ən çox oxunan informasiya resursu olub və komandamız bu tendensiyanın dəyişməz qalması üçün hər şeyi edəcək.

"Demokrat.az" xəbər portalının kollektivi adından həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top