Bu gün 3 rayonda qaz olmayacaq

SOSİAL 03 iyl 2024, 09:03
Bu gün üç rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, "Qaradəmirçi" ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin, "Saatlı Əlillər evi" ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin və paytaxtın Xətai rayonunda orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Bərdə rayonunun (39 kənd), Saatlı rayonunun (bir hissəsi) və paytaxtın Xətai rayonunun (R.Quliyev, X.Məmmədov, R.Məmmədov, M.Hadi, Cavanşir küçələri) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyl 2024, 15:11
Top