"Məbləğin belə yüksəlməsi ondan xəbər verir ki..." — Yeni cərimələrlə bağlı AÇIQLAMA

GÜNDƏM 28 iyn 2024, 16:04
İnzibati Xətalar Məcəlləsinə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin istismarı ilə bağlı dəyişiklik edilib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

Dəyişikliyə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələblərinin pozulmasına, həmçinin, icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə isə fiziki şəxslər 200 və 600 manat, vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

 
Bəs, indiki  vəziyyətdə cərimələrin bu qədər artırılması nə qədər doğrudur?


Mövzu ilə bağlı Demokrat.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, yol hərəkəti haqqında qanunda da, İnzibati Xətalar Məcəlləsində də, qaydalarda da hər hansı bir bəndə yeni əlavələr, dəyişiklik olursa, bu o deməkdir ki, buna artıq zərurət yaranıb.

Eldəniz Cəfərov qeyd edib ki, məbləğin yüksək olması bu istiqamətdə qaydaları pozan sürücülərin sayının həddindən artıq olduğundan xəbər verir: 

“Cərimələrin tətbiq olunması bir çəkindirici tənbeh alətidir. Yəni bu olmalıdır. Cərimələr olmasa, onda müəyyən nizam, intimzama nail olmaq çox çətin olar. Məbləğin belə yüksəlməsi ondan xəbər verir ki, görünür bu maddə ilə bağlı qaydaları pozan sürücülərin sayı həddindən artıqdır. Ona görə də crimələrin yüksəlməsinə  çox da müsbət yanaşmasam da, bəzən buna ehtiyac olur. Cərimələr tətbiq ediləndə orta və minimum əmək haqqı, hamısı nəzərə alınır. Burada  bir şeyi nəzərə almaq lazımdır ki, iri iriqabaritli və ağırçəkili avtomobillər əsasən hüquqi şəxslərə mənsub olur və hüquqi şəxslərin də cərimələri, əsasən, adətən fiziki şəxslərə nisbətən daha yüksək olur”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top