Heyvanı xilas etmək istəyərkən özü öldü — VİDEO

HADİSƏ 28 iyn 2024, 14:22
Kürdəmir rayonunun Təklə kəndində göldə batan şəxsin kimliyi müəyyənləşib.

Baku TV xəbər verir ki, rayonun Mürtülü kənd sakini 1974-cü il təvəllüdlü Vasif Ələddin oğlu Mahmudovdur.

Belə ki, V.Mahmudov ərazidə iribuynuzlu mal-qaranı otararkən heyvanlardan biri gölə girib. O, heyvanı göldən çıxarmaq üçün özü suya girməyə qərar verib. Bu zaman 50 yaşlı kişi özü boğularaq ölüb. Onun meyiti aidiyyəti qurum tərəfindən aşkarlanaraq, təhvil verilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top