İntensiv yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlib, bəzi ərazilər subasmaya məruz qalıb. Nəticədə ərazidə yaşayan vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.
Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.
Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.