Türk Hava Yolları "Avropanın ən yaxşı aviaşirkəti" adına layiq görüldü

İNFRASTRUKTUR 24 iyn 2024, 17:30
İyunun 24-də Londonda Fairmont Windsor Parkda keçirilən World Airline Awards mərasimində Türk Hava Yolları (THY) “Avropanın Ən Yaxşı Hava Yolları” ilə yanaşı, “Dünyanın Ən Yaxşı Biznes Sinif İaşə Xidməti”  adına layiq görülüb .

Demokrat.az xəbər verir ki, "Skytrax" tərəfindən aparılan müstəqil araşdırmanın nəticələrinə görə, THY həm Avropanın, həm də Cənubi Avropanın ən yaxşı hava yolu şirkəti seçilib.

Türk Hava Yollarının baş direktoru Bilal Ekşi mükafatlarla bağlı açıqlamasında deyib: “Skytrax-dan bu nüfuzlu mükafatları almaqdan çox məmnunuq. "Avropanın ən yaxşı aviaşirkəti" və "Cənubi Avropanın  ən yaxşı aviaşirkəti" adına layiq görülmək və dünya səviyyəli iaşə xidmətimizin mükəmməlliyinə görə tanınmaq bütün komandamızın gərgin əməyinin və fədakarlığının sübutudur.

Türk Hava Yolları ailəsi olaraq bizi bu gözəl mükafatlara layiq görən dəyərli sərnişinlərimizə və bu qiymətləndirməni həyata keçirən Skytrax komandasına təşəkkürümüzü bildiririk. “Genimizdəki türk qonaqpərvərliyi ilə biz sərnişinlərimizə unikal səyahət təcrübəsi təqdim etməkdə qərarlıyıq və xidmətlərimizi yeniləməyə və təkmilləşdirməyə davam edəcəyik”. (Sitat.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top