Şabranda evə basqın: Ölən və yaralanan var

HADİSƏ 24 iyun 2024, 09:20
Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.

Demokrat.az xəbər verir ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərdən birinə basqın olunub.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb, onun həyat yoldaşı rayon sakini 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top