Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var (VİDEO)

HADİSƏ 23 iyn 2024, 18:42

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında liftin qırılması və yaralıların olması hadisəsinin təfərrüatı açıqlanıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub.

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar", - məlumatda deyilir.

18:24

Bakıda dəhşətli hadisə baş verib.

Baku.ws xəbər verir ki, çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.

Nəticədə lift şaxtaya düşüb. Hadisə Ağa Nemətulla küçəsi 79 ünvanında qeydə alınıb.

Bədbəxt hadisə zamanı xəsarət alanların olduğu qeyd edilib.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top