Dodik: ABŞ öz maraqları naminə bütün dünyada təxribat törədir

DÜNYA 23 iyn 2024, 17:13
ABŞ digər ölkələrin maraqlarına məhəl qoymur və öz məqsədlərinə çatmaq üçün Bosniya və Herseqovinanın daxili işlərinə qarışır.

Demokrat.az "Report"a istinadən xəbər verir ki,  bunu Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik "X" sosial şəbəkəsində bildirib.

“Maykl Mörfi (ABŞ-nin Bosniya və Herseqovinadakı səfiri) dünən dediyi kimi, Serb Respublikasının Bosniyadan dinc yolla ayrılması ABŞ-nin maraqları üçün təhlükə yaradır. Serblərin, bosniyalıların və xorvatların öz hüquqları yoxdur? Yalnız ABŞ-nin maraqları vacibdir? Biz 3 xalq bütün məsələləri öz aramızda həll etməliyik", - Dodik qeyd edib.

Prezident bəzi bosniyalı siyasətçilərin Vaşinqtonun bosniya serblərinə kömək etmək istəyinə inamını "dərin aldanma” adlandırıb:

“Amerikanı ancaq özü maraqlandırır, bosniyalılar, serblər və xorvatlar onun üçün ötənilki qar kimidir. İraq, Suriya, Liviya, Misir, Əfqanıstanda öz maraqlarını təmin etmək üçün xaos yaradıblar. Niyə bosniyalı siyasətçilər sadəlövhcəsinə özlərinin xüsusi olduğuna və onlara nəsə veriləcəyinə inanırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top