Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

SOSİAL 23 iyun 2024, 14:05
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanın keçirilməsi üçün altı bina, 14 imtahan rəhbəri, altı ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın iki-üç gün ərzində elan olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top