İrəvan Bakıya təklif göndərdi

GÜNDƏM 22 iyn 2024, 19:50

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqi üzrə işə başlamağı təklif edir.

Demokrat.az xəbər verir ki, müvafiq bəyanat Ermənistan Nazirlər Kabinetinin rəsmi "Telegram" kanalında dərc olunub.

"Ermənistan baş nazirinin bu il 15 iyun tarixli bəyanatının ardı olaraq və Ermənistan hökumətinin gərginliyin yaranmasının qarşısını almaq niyyətində olduğuna əsaslanaraq, Baş Nazirin Aparatı diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidenti Administrasiyasına təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın", - bəyanatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top