Məşhur milyarder tənqidlərə dözə bilməyib ağladı

DÜNYA 22 iyun 2024, 11:58
Amerikalı milyarder, kosmetika sahibkarı Kayli Jenner Paris Moda Həftəsində çəkilmiş filtrsiz fotolarına görə edilən tənqidlər səbəbindən ağlayıb.

Demokrat.az xəbər verir ki, Kayli tənqidlər səbəbindən dodaq dolğusunun yarısını əritdiyini bildirib. 

O, açıqlamasında “Hələ də özümə güvənməyim və güzgüyə baxıb gözəl olduğumu düşünməyim bir möcüzədir. Keçən il dodaq dolğumun yarısını əritdirdim. Niyə insanlar mənim haqqımda danışmağın problem olmadığını düşünürlər? Əvvəllər bu mövzuya görə, heç vaxt ağlamamışam, amma düşünürəm ki, bu mənə təsir edir. Daim özüm haqqında pis şeylər eşidirəm. 10 ildən çoxdur bunları eşidirəm və artıq yorucu olmağa başlayıb” deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top