Ukrayna Rusiyanı PUA ilə vurdu

DÜNYA 21 iyun 2024, 15:48
Ukrayna Rusiyanın Krasnodar bölgəsinə pilotsuz təyyarə ilə hücum edib və hücumda 1 nəfərin öldüyü bildirilib.

Demokrat.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynaya məxsus 114 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. 

Açıqlamada Krım və Qara dənizdə 70, Krasnodar bölgəsində 43 və Volqoqradda bir pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi bildirilib. 

Rusiya Qara Dəniz Donanmasının Qara dənizin şimal-qərbində 6 pilotsuz dəniz gəmisini məhv etdiyi qeyd olunub. 

Krasnodar vilayətinin qubernatoru Venyamin Kondratyev bildirib ki, bölgənin cənubunda hava hücumundan müdafiə sistemi tərəfindən vurulan pilotsuz uçuş aparatının hissələri nəticəsində avtovağzal yaxınlığındakı qazanxanada işləyən fəhlə ölüb. 

Kondratyev bildirib ki, Severski rayonunda yerləşən neft emalı zavodunun binasında PUA yanğına səbəb olub.

Zərərsizləşdirilmiş PUA hissələrinin Temruk şəhərindəki bir hostelə dəydiyi, hostelin boşaldıldığı və xəsarət alan olmadığı öyrənilib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top