İsrail Fələstin parlamentinin keçmiş sədrini yenidən saxladı

DÜNYA 20 iyun 2024, 14:42
İsrail bir həftə əvvəl sərbəst buraxılan Fələstin Qanunvericilik Şurasının keçmiş sədri Əziz əl-Duveyki yenidən saxlayıb.

Demokrat.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron şəhərinə basqın edərək səhhətində ciddi problemlər olan Duveykin evini mühasirəyə alıb.

HƏMAS Duveykin yenidən həbsdə saxlanmasını pisləyib.

Qeyd edək ki, səhhətində ciddi problemlər olan 75 yaşlı Duveyk 2023-cü il oktyabrın 17-də “təhlükəsizliyə təhlükə yaratdığı” səbəbi ilə saxlanılıb. Daha sonra onun barəsində 6 aylıq “inzibati həbs” qərarı çıxarılıb. İsrail ordusu Duveyki iyunun 13-də Hebron şəhəri yaxınlığındakı Zahiriyye hərbi keçid məntəqəsində azad edib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top