Gürcüstanda partiya Putinə müraciət edib

REGİON 16 iyun 2024, 14:53

“Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında viza rejiminin ləğvi xahişi ilə müraciət ediblər.

Siyasətçilər öz videomüraciətində həmçinin Rusiyada qalma müddətini pozan Gürcüstan vətəndaşlarının azadlığa buraxılmasına çağırıb və gürcülərin məşğulluq qaydalarının yüngülləşdirilməsini təklif ediblər.

Partiya üzvləri qeyd ediblər ki, bu tədbirlər Rusiya ilə Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşmasına kömək edəcək, həmçinin mehriban qonşuluq və diplomatik münasibətlərin tezliklə bərpası üçün əlverişli zəmin yaradacaq.//report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top