Mourinyu bu futbolçunu Türkiyəyə gətirir — Razılaşdı

İDMAN 15 iyun 2024, 18:30
Yeni məşqçisi Joze Mourinyunun gəlişindən sonra heyətini gücləndirməyə çalışan  "Fənərbağça"nın daha bir transfer hədəfi müəyyənləşib. 

Fanat.Az "Fotomac"-a istinadən xəbər verir ki, İstanbul nəhəngi müdafiəçi Viktor Lindelofun keçidi üçün "Mançester Yunayted"ə elçi düşüb. "Sarı bülbüllər" Premyer Liqa təmsilçinı 8 milyon avro təklif etmək niyyətindədirlər.

İyulda 30 yaşı tamam olacaq Lindelofun Joze Mourinyu ilə yenidən, bu dəfə Türkiyədə birləşmək fikrində olduğu bildirilir. 

İsveçli müdafiəçinin "Old Trafford"la hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədər qüvvədədir. Lindelof başa çatan mövsümdə "qırmızı şeytanlar"ın heyətində 28 oyun keçirib, bu matçlarda bir qol vurub və bir məhsuldar ötürmə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top