18 yaşlı gəncin başını kəsdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR — FOTO

KRİMİNAL 15 iyun 2024, 09:45
Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanov yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib.

Demokrat.az xəbər verir ki, hadisə qəsəbənin Səməndər Rzayev küçəsində baş verib.

Yaxınlarının verdiyi məlumata görə, Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib.

Mərhumun aşpaz olduğu deyilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Rəhim İsmayıl oğlu Əsədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. (APA)






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top