Məşhurların övladları MƏZUN OLDU — FOTO

ŞOU-BİZNES 14 iyun 2024, 16:00
Bu gün Azərbaycanda 2023/2024-cü dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilir. 11 illik məktəbi bitirənlər arasında yerli məşhurların övladları da var.

Demokrat.az xəbər verir ki, rəqqsə Renkanın (Rəna Ağamuradova) yeganə oğlu orta məktəbi bitirir. Renka şəxsi instaqram hesabında məzun günündən foto və videolar paylaşıb. Rəqqasə "11 il bitir. Vaxt uçur. Bu gün o qədər kövrəyəm ki... Mamasının ürəyi sən nə tez böydün" sözləri ilə sevincini ifadə edib. 



Müğənni Cinin (Ceyhun Zeynalov) övladı da 11 illik orta məktəbi bitirb. Bu barədə o sosial şəbəkədə məlumat verib. Qızı ilə fotosunu paylaşan sənətçi onu bu gün münasibətilə təbrik edib:

"Bu gün sənin məzun günündür. Məktəbli illərinin son zəngi çalınır. Arzu edirəm ki, tələbəlik illərinin ilk və son zənginə sevinəsən. Mənim mələyim bil ki, ata həmişə sənin yanındadır. Bu günü qeyd edən bütün valideyinləri təbrik edirəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top