"Kino sənəti belə acınacaqlı vəziyyətə düşübsə, sabah biz o kadrları və əsərləri kimdən" — Zahid Oruc

İQTİSADİYYAT 14 iyn 2024, 12:31
İqtisadi-maliyyə adı dürüstləşdirmə kimi ifadə olunsa da mahiyyətcə gəlirlərin və xərclərin artırılmasına xidmət edən qanun layihəsinə siyasi-ideoloji mövqeyindən asılı olmayaraq, hər kəs tərəfdardır. Çünki qarşıya qoyulan hədəflərə nail olmaq üçün əlavə maliyyə resurlarına ehtiyac olması, hökumətin çevik iqtisadi siyasət yürütməsi insanlarımız tərəfindən təqdir olunur. Ötən həftə Hesablama Platasının sədri Vüqar Gülməmmədov bəyan etdi ki, müstəqillik tariximizdə 13 dəfə büdcəyə dürüstləşdirmə çərçivəsində dəyişikliklər edilib, deməli, dünyada son illər hökm sürən böhranlar, müharibələrin gətirdiyi embarqo və sanksiyaların nəticəsində büdcə xərclərinin azaldılması, yaxud kəsirinin yaranması fonunda dövlətimizin hazırki təşəbbüsləri alqışa layiqdir. Ona görə də son artımları mahiyyət etibarilə, Qayıdış büdcəsi, təhlükəsizliyin gücləndirilməsi ideyasına xidmət edən ali maliyyə sənədi adlandıra bilərik.

Sənəddə göstərildiyi kimi, dövlət büdcəsinin 3 milyard 796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatının qeyri-neft gəlirləri – 1 milyard 300 milyon manat, əlavə neft gəlirləri – 605 milyon manat, Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından  ayırmalar- 250 milyon manat, Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun gəlirləri - 25 milyon manat, dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü – 851,8 milyon manat, dövlət büdcəsinin kəsirinin böyüdülməsi - 764,3 milyon manat olmasını düzgün qiymətləndirik. Lakin indi hamımızı bir sual düşündürür-Qarabağdan 250-300 km uzaqlıqda Ali Baş Komandanın iradəsi ilə geri qaytarılan 4 kəndin yaxın gələcəkdə məskunlaşdırlması ilə bağlı tədbirlərin və onun nümunəsində bütün sərhəd kəndlərdə məskunlaşdırmaya dair dövlət proqramının hazırlanmasını Hökumətdən xahiş edirik. Əsgər və zabitlər kürəkləri arxasında sadə vətəndaşları, əkib-biçinlə məşğul olan və təsərrüfat həyatı ilə yaşayan insanları gördükdə milli təhlükəsizliyin təminatı daha da güclənəcək. Gədəbəydən Naxçıvana qədər min kilometrlərlə zolaqda hər bir yaşayış məntəqəsində insanların dayanıqlı yaşamasının təmini üçün əlavə sərhəd məntəqlərində “Qayıdış proqramı”na ehtiyac duyulur. Paralel şəkildə biz azad torpaqlarda görülüən misilsiz işləri yüksək qiymətləndirməklə yanaşı, xüsusilə də gənclərin doğma yurdlara qayıdışı dövlətin bir nömrəli hədəfində olması arzu edilir. Ona görə də işğaldan xilas olan ərazilərdə “Gənclər şəhərcikləri”nin salınması, böyük işçi qüvvəsinin azad torpaqlarda cəmləşməsinə və qurub-yaratmasına səbəb olacaqdır. 
Toxunmaq istədiyimiz ikinci məsələ, dövlətimizin mədəniyyət siyasətinin mühüm bir komponenti haqdadır. Xatırladaq ki, hazırki artımlarda yenə də dövlətimizn xüsusi diqqəti yönələn sahələrdən biri bu sferadır. Rəqəmlə söyləsək, mədəniyyət, incəsənət, informasiya, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox olacaqdır. Deməli, hamımız bir daha ötən on illərdə təkcə hərbi deyil, həm də bütün digər vasitələr, o cümlədən, diplomatik, siyasi, informativ və digər vasitələrin hesabına beynəlxalq fikirdə ölkəmizlə bağlı yaradılan müsbət rəy, nəticədə 44 günlük Zəfər savaşında aparılan silahlı döyüşlərin ayrılmaz bir parçasına çevrildi.  Lakin 3 gün əvvəl informasiya vasitələrində yayılan bir məlumatı tribunadan səsləndirərək, böyük ehtimalla həm rəmsilərin, həm də cəmiyyətimizin narahatlığını qazanan problemə diqqətinizi cəlb etmək istərdik. Xəbərdən kiçik bir hissəni “Azərbaycanfilm kinostudiyası”nın rəsmisinin dilindən olduğu kimi səsləndirirmək istərdik, sitat:”direktor Nazim Hüseynov, müavin Aydın Hüseynov işdən çıxıblar. 1276 nəfərlik idarə bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə baxın da. “Azərbaycanilm" ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar". Gördüyünüz kimi, 100 yaşlı böyük mədəniyyət məbədimiz, milli tariximizin parlaq səlnamələrini yaradan və yaşadan bir ocaq indi ağır günlərini yaşayır.

Halbuki ötən illərdə mədəniyyətin nə qədər güclü beynəlxalq diplomatiya silahı olduğunu, dövlətlərin qlobal siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyini hamımız dəfələrlə vurğulamışıq. Baxın, qardaş Türkiyə Ərdoğanın liderliyi dövründə necə parlaq əsərləri, “Möhtəşəm Yüz il”dən, “Diriliş Ərtoğrul”adək, onlarla ekran əsərini dünyaya çıxardı, nəinki ərəb və islam dünyasında, o cümləədn Avropa ölkələrində özünə böyük auditoriya qazanaraq, qardaş ölkənin qlobal gücünü artırıb, onun mənəvi-siyasi ideallarının təbliği və yayılmasına xidmət edib. İndi biz son 4 ildə Vətən müharibəsində parlaq qələbənin tərənnüm edilməsi, lentlərə köçürülüb əbədiləşdirilməsi və dünyaya yayılmasının zərurətindən haqlı olaraq, danışırıq. Bəs kino sənəti belə acınacaqlı vəziyyətə düşübsə, sabah biz o kadrları və əsərləri kimdən, hansı dövlətdən ixrac etməklə gerçəkləşdirəcəyik? 
Gərək mühüm dövləti və beynəlxalq missiyası olan  prezident  sıx qrafiki və gərgin işi şəraitində mütləq məsələyə özü müdaxilə etsin? Ümidvarıq ki, Hökumət səviyyəsində müvafiq addımlar atılacaq və “Azərbaycanfilm” xilas ediləcək. Bu bizim milli brendimizdir. Baxın, orada yaranan salnamə məhz indiki Qalibiyyət yüzilinin başlandığı dövrdə yarımçıq qalarsa, nə qədər ziyan çəkərik. 

Bir Tədqiqat Mərkəzinin təmsilçisi kimi Hökumətdə hörmətli Maliyyə naziri Samir Şərifovun məsələlərə necə həssaslıqla yanaşdığına şahidəm. Parlament üzvlərinin qaldırğıdlarını yüzlərlə məsələyə hər zaman peşəkarlqıla və yüksək etik çəriçəvədə cavablarını təqdir edirik. Başa düşüləndir, problemin həlli bəzən sovet dövründə sırf dövlət dotasiyasından asılı olan kino sənətinin indi büdcəsi milyard dollarlarla ölüçlən nəhəng korporasiyalara çevrilməsini hər birimiz istəyirik. Onun üçün problemin müvafiq Nazirlik və digər quurmlar çərçivəsində həllini arzulayırıq. 

Unutmayaq ki, möhtərəm cənab prezident məhz andiçmə mərasimində parlamentin yüksək kürsüsündən, “bizə hücumlar artacaq, təxribatlar güclənəcək” sözlərini bir daha xatırladaraq, ölkəmizin beynəlxalq imicinin və müttəfiqlərinin artılması üçün daha sistemli tədbirlərin tələb olunduğunu bir daha qeyd edərək, büdcəyə edilən dəyişikliklərə səs verəcəyimizi bildirir, Hökumətə uğurlar arzulayırıq.     
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top