Azərbaycanlı zəvvarlar həcc ziyarətinə başlayıblar

SOSİAL 14 iyn 2024, 08:30
Bu gün sübh namazından sonra azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına əməl etməyə başlayıblar.

Demokrat.az xəbər verir ki, bu gün müsəlman təqviminin sonuncu ayı olan zil-hiccənin (həcc ayının) 8-ci günündə Məkkədəki zəvvarlar ehram (zəvvarların xüsusi geyimi) geyinərək Mina adlanan əraziyə yollanıblar. Onlar bu günü Minadakı çadır şəhərciyində keçirərək namaz qılıb, ibadət və zikr edəcəklər. Sabah isə zəvvarlar sübh namazından sonra Ərəfat çölünə - Rəhmət dağının ətrafına yollanacaqlar.

İslam təqvimində bu gün "təlbiyə" adlanır, çünki o zaman Minada su olmadığı üçün zəvvarlar özləri ilə su daşıyırdılar.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top